Elçin Əliyev

Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur.

1974-1984-cü illərdə 160 nömrəli orta məktəbdə oxumuşdur.

1984-cü ildə daxil olub, 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini bitirmişdir.

1987-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi, Bratislava) istehsalat təcrübəsi keçmişdir.

1988-ci ildə Moskva şəhərində (Rusiya) Ümumittifaq Gənc Memarlar Cəmiyyətinin Zaqafqaziya şöbəsinin sədri seçilmişdir.

1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

1998-ci ildən Azərbaycan Dizaynerlər Birliyinin üzvüdür.

1998-ci ildə «Bakı şəhərinin mərkəzində şəhər mühitinin sosial-məkan quruluşu» mövzusunda memarlıq üzrə namizədlik dissertasiyasını müdafiə etdi.

2002-ci ildə Rus Pravoslav Kilsəsi tərəfindən Bakıdakı Müqəddəs Mirodaşıyan Zənənlər Baş Kilsəsinin bərpasının layihəsinə, işlərin aparılması və rəhbərliyinə görə «Müqəddəs Sergiy Radonejskiy» ordeni ilə təltif edilmişdir.

2004-cü ildə «Italdesign» şirkəti tərəfindən keçirilən Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi oldu.

2004-2005-ci illərdə Bakı şəhərində Katolik Kilsəsinin layihə və inşası ilə bağlı bütün məsələlər üzrə Roma Katolik Kilsəsinin (Vatikan Dövləti) Azərbaycanda səlahiyyətli nümayəndəsi təyin olunmuşdur.

2007-ci ildə E.T. Əliyevin layihəsinə əsasən (memar Paolo Rugeiro ilə birlikdə) Bakı şəh. Nobel Prospektində «Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi» katolik kilsəsi inşa edilmişdir.

2007-ci ildə Azərbaycan Memarlar İttifaqının «Fəxri qızıl nişanı» ilə təltif edilmişdir.

2011-ci ildə memar E.T.Əliyevin layihəsi əsasında Azərbaycanın Qəbələ rayonunun Nic kəndində yerləşən «Jotari» kilsəsi yenidən bərpa olunmuşdur.

2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.

2013-cü ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən «Ustad Memar» adına layiq görülmüşdür.

2013-cü ildə Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Fəxri diplomuna layiq görülmüşdür.

2014-cü ildə E.T.Əliyev «Azərbaycanda müasir interyerin dizaynı» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2014-cü ildə Durban şəhərində (Cənubi Afrika) keçirilən XXV Dünya Memarlar Konqresində Beynəlxalq Memarlar İttifaqının Gənclərlə İş üzrə Komissiyasının üzvü seçildi.

2015-ci ildən E.T.Əliyev Bakıdakı Qərb Universitetinin professorudur.

2015-ci ildə İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür.

2015-ci ildə «Atrium Şıxov» yaşayış kompleksinin layihəsi Şərqi Avropa və MDB ölkələri arasında «İlin ən yaxşı layihəsi (tikintisi)» üçün XIII Beynəlxalq Baxış Müsabiqəsinin Birinci dərəcəli Diplomuna layiq görülmüşdür.

2016-ci ildə E.T.Əliyevin layihəsi əsasında Abşeronun Zirə kəndində Aydın Kurbanovun xatirəsinə Heydər Əliyev adına Fondu və Səməd Kurbanov tərəfindən Cümə məscidi inşa edilmişdir.

2016-cı ildə «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı» kitabı Şərqi Avropa və MDB ölkələri arasında «İlin ən yaxşı çap nəşri» üçün XIV Beynəlxalq Baxış Müsabiqəsinin Birinci dərəcəli diplomuna layiq görülmüşdür.

2016-cı ildə Əliyev E.T. Bakı Memarlıq Klubunun prezidenti seçilib.

2017-ci ildə Əliyev E.T. (yazıçı G.A.Rzayeva ilə birlikdə) «Pəncərə – mədəniyyətə baxış » İntellektual Klubu təsis edir.

2018-ci ildə Zirə kəndindəki Cümə məscidi Ağa Xan Fondunun Memarlıq Mükafatına namizəd oldu.

2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Otuz beş illik peşəkar fəaliyyəti dövründə 70-dən çox memarlıq və dizayn layihəsi hazırlamış və həyata keçirmişdir. E.T.Əliyevin layihələri Rusiya, İran, Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi ölkələrin müxtəlif mükafatları və diplomları ilə təltif edilmişdir.

Memar E.T.Əliyev 2008-ci ildə Turin şəhərində keçirilən (İtaliya), 2011 ildə Tokio şəhərində keçirilən (Yaponiya), 2014 ildə Durban şəhərində keçirilən (Cənubi Afrika) Ümumdünya Memarlıq Konqresslərinin üzvü olmuşdur.

Həmçinin, müxtəlif ölkələrin Memarlar və Dizaynerlər İttifaqlarının, Memarlar İttifaqlarıının Beynəlxalq Assosiasiyasının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin və bir çox dövlət, özəl və beynəlxalq təşkilatların diplom, təşəkkürnamə və fəxri fərmanları ilə təltif edilmişdir.

E.T.Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913 illər» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı», Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.

E.T.Əliyev hal hazırda Beynəlxalq Memarlar İttifaqının (UİA) Gənclərlə İş üzrə Komissiyasının üzvüdür, Bakı şəhərində yerləşən Qərb Universitetinin Dövlət Attestasiya Komissiyasının sədri və professorudur.

Memarlıq, dizayn və şəhərsalma sahəsində 20 kitabın və 160 elmi məqalənin müəllifidir.