«Müasir Azərbaycan Memarları. 2008»

Kitabda müasir Azərbaycanın aparıcı memarlarının işləri təqdim olunmuşdur. Bu nəşr Azərbaycan memarlarının keçən əsrin 90-cı illərində Azərbaycanın ölkə müstəqilliyinin bərpası anından başlayaraq, indiki zamana qədər yaradıcılığını əhatə etməyə çalışan ilk cəydir.

Azərbaycanda baş verən sürətli müsbət dəyişikliklər, ictimaiyyətin davamlı və dinamik inkişafı paytaxtda və ölkənin digər çox şəhərlərində tikinti dirçəlişinə səbəb olmuşdur: son illər ərzində Azərbaycan memarlarının layihələri üzrə minlərlə ictimai və yaşayış binaları, mədəniyyət tikililəri, idman kompleksləri, yollar, körpülər, nəqliyyat qovşaqları tikilmiş, onlarla yeni şəhərlər və kəndlərin təməli qoyulmuşdur. Həmçinin, ölkədə Azərbaycan xalqının dərin tolerantlıq hissinə şəhadət edən çoxsaylı dini binalar: kilsələr, sinaqoqalar, məscidlər tikilmişdir.

Azərbaycan memarları dünyanın aparıcı paytaxtlarında layihələşdirərək və inşa edərək, çoxsaylı beynəlxalq konkurslarda və biennalelərdə birinci yerlər tutaraq, həmçinin, beynəlxalq arenada da əhəmiyyətli müvəffəqiyyətlərə nail olmuşlar. Memarın müasir Azərbaycan cəmiyyətindəki rolu, əhalinin geniş  təbəqələrinin səmimi marağına səbəb olaraq, durmadan artır.

Məhz buna görə, bu nəşr tərəfindən aparıcı Azərbaycan memarlarının yaradıcılığını sistemə salmaq və  xalqa tanıtmaq cəhdi edilmişdir.