«Cənubi Qafqazın müasir memarları»

Azərbaycan və Gürcüstanda, bu iki Cənubi Qafqaz ölkələrinin sürətli inkişafı nəticəsində yaranan tikinti canlanması yerli memarlara özünüifadə və yaradıcılıq üçün böyük imkanlar təmin etməklə, böyük sayda çox maraqlı, hələ tam icra edilməmiş ideya və layihhələri həyata çağırdı.

Son illərdə Cənubi Qafqaz memarları beynəlxalq müsabiqə və sərgilərdə çoxsaylı mükafatlarla təlfit edilərək, beynəlxalq sahədə böyük uğurlar qazanmışlar. Yerli mütəxəssislərin layihələri və tikililəri dünyanın çox inkişaf etmiş ölkələrində təmsil olunmuşlar.

Azərbaycan və gürcü memarları belə bir müştərək nəşrdə təmsil olunmaq üçün uzun yolu tədricən keçmişlər. Bünövrəsi hələ XX əsrin əvvələrində ölkələrimizin müstəqillik dövründə memarların yaşlı nəsli tərəfindən qoyulmuş və Sovet İttifaqı dövründə bir ölkə tərkibində zorakı mövcudluq zamanı davam edilmiş əsrlərlə davam edən dostluq, çoxillik əməkdaşlıq, müxtəlif tədbir və müsabiqələrdə birgə iştirak, birgə səfərlər, məhkəm dostluq, ümumi maraqlar, hətta Azərbaycan və gürcü xalqlarının ümumi taleləri memarları xalqlarının tarixində ilk və unikal bir nəşrin ideyasına görünməz bağlantı ilə təkan verir və aparırdı.

Bu səbəbdən hazırkı unikal nəşrin məqsədi oxucunu Cənubi Qafqaz ölkələrinin aparıcı memarlarının yaradıcılığı ilə tanış etməkdir.