«Azərbaycan Memarlığında Alman İrsi»

Almanların tarixi – Azərbaycan tarixinin bir hissəsidir. Alman köçkünlərinin ilk qrupu Azərbaycana XVIII əsrin əvvəllərində gəlmişdir. Uzun illər ərzində almanlar Azərbaycan əhalisinin mehriban münasibətini hiss etmiş, və öz növbələrində, yerli əhalinin həyatına faydalı təsir göstərmmişlər. Aralarında müəllimlər, həkimlər, mühəndislər, memarlar və digər peşələrin nümayəndələri olan köçkünlər kənd təsərrüfatının və həmçinin elmin, təhsilin, səhiyyənin, ölkənin iqtisadi və sosial infrastrukturasının inkişafına əhəmiyyətli təsir göstərmişlər.

Alman memarları XIX əsrin sonu – XX əsrin əvvəlində kapitalistik Bakının memarlıq şedevrlərinin yaradılmasına da böyük tövfə vermişlər. Avropa üslubunda işləyən istedadlı memarlar öz işlərində yerli memarlığın xüsusiyyətlərindən istifadə etməyə, binaların həcm-məkan kompozisisyalarında onların bədii mahiyyətini ən çox ifadə edən şərhi ötürməyə çalışırdılar. Bu dövrdə Bakıda İohann Edel, Adolf Eyhler, Nikolay fon fer Nonne, Karl və Otto Hippius qardaşları, Qut Fortunatç Ferdinand Lemkul, Robert Margeld, Leopold Bilfeld, Paul Ştern, Ditrix Tissen, Vladimir Simonson, Frans Qrosetti, Adolf fon Skoyan və digərləri yaradırdılar. Alman memarlarının layihələri əsasında yalnız Bakıda bir neçə yüz bina və tikililər inşa edilmişdir: yaşayış və kirayə evlər, sənaye müəssisələri, körpülər, kilsələr, məscidlər və s.

Alman köçkünlərinin tarixi Azərbaycan tarixinin bir hissəsidir. Almanların Azərbaycan torpaqlarını tərk etmələrindən demək olar ki, səksən il keçir. Lakin almanlar, öz əməksevərlikləri, vicdanlılıqları, dostseverəlikləri hesabına özləri barədə xoş xatirələr qoyub getmişlər. Hazırda dövlətlərarası münasibətlərdə mədəni əlaqələrin əhəmiyyəti böyükdür. Bu məcrədə Azərbaycan-alman əməkdaşlığı demək olar ki, iki yüz illik tarixə əsaslanan çox davamlı tarixi bünövrəyə əsaslanır.